• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər
05.01.2015 09:20
Milli Məclisdə Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, bu il yanvarın 1-dən avtomobillərə tətbiq olunan yol vergisinin ləğv ediləcəyi bildirilmişdi.

ANN.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu ildən başlayaraq sürücülər və nəqliyyat vasitəsi sahibləri öz nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız texniki baxışa görə dövlət rüsümü ödəyəcəklər. Bu o deməkdir ki, bütün şəxslər öz nəqliyyat vasitələrinin mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş edəcəklər. Həmin ödəniş isə "Dövlət rüsumu haqqında” qanunun 18.65.1 maddəsində müəyyən olunan texniki baxış rüsumudur. Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular (o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular) üçün isə 10 manatdır.

Texniki baxış rüsumundan (10 və ya 20 manat) və 1 manatdan artıq olmamaqla bank xərcindən əlavə sürücüdən texniki baxış zamanı hər hansı digər ödənişin (bilka pulu, müayinə pulu və başqa ad altında) tələb olunması qanunsuzdur.
Texniki baxışın dövrülüyü isə əvvəlki kimi qalır. Belə ki, minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tonadək olan yük avtomobillri və motosikletlər istehsal ilindən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçməlidir.

Avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri isə istehsal ilindən sonrakı 2-ci ildən başlayaraq hər il texniki baxışdan keçməlidir.
Texniki baxış qrafiki isə aşağıdakı kimidir:
- "VAZ” , "Qaz”, "Moskviç”, "ZAZ”, "UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;
- Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;
- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol