• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilərə müjdə: əlavə tətil olacaq

Məktəblilərə müjdə: əlavə tətil olacaq
05.01.2015 12:14
Sabahdan Azərbaycanın bütün orta məktəblərində cari tədris ilinin ikinci yarım ili başlayır.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, məktəblərdə ikinci yarımil 6 yanvardan 31 mayadək davam edəcək.

Dərs ili ərzində şagirdlər üçün qış tətili 30 dekabr – 5 yanvar (7 gün) tarixlərini əhatə edir. İkinci yarım il ərzində I sinif şagirdləri üçün əlavə tətil 12–17 fevral (6 gün), yaz tətili isə 17–24 mart (8 gün) tarixlərində olacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.

Dəyişikliyə əsasən növbəti tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol