• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyinin qadağan etdiyi dərmanlar

Səhiyyə Nazirliyinin qadağan etdiyi  dərmanlar
07.01.2015 09:59
Azərbaycan Səhiyyə Nazirliyi ölkədə satışı və istifadəsi qadağan olunan dərman növlərini açıqlayıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, respublikaya idxal zamanı müvafiq laborator müayinələrinin aparılmadığı və nəticədə istifadəyə yararlılıq sertifikatı ilə təmin olunmayan və həmçinin laborator müayinələr nəticəsində keyfiyyəti lazımi tələblərə cavab verməyən dərman vasitələri müxtəlif farmakoloji qruplara aiddir. "Bunlardan antibiotiklər, qeyri-steroid iltihab əleyhinə vasitələr, ağrıkəsicilər və antiallergik qrupuna daxil edilən dərman vasitələri üstünlük təşkil edir. Bu tip dərman vasitələri mütəmadi olaraq qanunvericilikdə müəyyən edilən qaydada məhv edilir. Keçən ilin yanvar-noyabr dövrü ərzində Nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi tərəfindən 436 seriyada dərman vasitəsinə dair 16 sayda müvafiq sərəncam verilərək qeyd edilən dərman vasitələrinin satışı qadağan olunub", - o bildirib.

Hazırda ölkədə 58 adda dərman vasitələrinin istehsal olunduğunu deyən Səfayə Əhmədova qeyd edib ki, keçən ilin 9 ayında 103 aptek təşkilatında keçirilən yoxlama nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 1464 qutu, istifadə müddəti bitən 4 qutu dərman preparatları nazirlik tərəfindən aşkar olunaraq müsadirə edilib: "Həmçinin, yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 19 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb".

Nazirlik rəsmisi eyni zamanda, ən çox istifadə olunan təbii mənşəli preparatların çoxunun bitki mənşəli məhsullara aid olduğunu da deyib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol