• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 10 İŞİD-çi tutuldu

Azərbaycanda 10 İŞİD-çi tutuldu
07.01.2015 16:29
Milli Təhlükəsizlik Nazirliyi əməkdaları tərəfindən daha bir uğurlu əməliyyat keçirilib.

MTN-in mətbuat xidmətindən verilən məumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən 10 nəfər saxlanılıb.

Tutulanlar Azərbaycan Respublikasının vətəndaşları - Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğludur.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçiliblər.

Müəyyən edilib ki, Elxan Mustafayev, Bəhruz Rəsulov, Kamran Əzizov, Nadir Əlixanov, Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə, Vidadi Sultani və Ramil Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gediblər. Orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu silahdan isitfadə qaydalarını öyrənmişlər. Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak etmişlər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol