• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bunu 2017-ci ildə reallaşdıracaq

Azərbaycan bunu 2017-ci ildə reallaşdıracaq
10.01.2015 16:43
Azərbaycanın ilk telekomunikasiya peyki "Azərspace-1” kosmosu uğurla fəth edir

Artıq iki ilə yaxındır ki, orbitə buraxılan Azərbaycanın ilk telekomunikasiya peyki fəaliyətini uğurla davam etdirir. "Azərspace-1” peyki vasitəsilə artıq 120-ə yaxın yerli və əcnəbi telekanal yayımlanır.

ANS TV-nin məlumatına görə, 2013-cü ilin fevralında orbitə buraxılan ilk milli telekomunikasiya peyki "Azərspace-1” gözlənilən nəticələri doğrultdu. Avropa, Afrika, Mərkəzi Asiya Yaxın Şərq və Qafqaz ölkələrini əhatə edən milli peykimizin xidmətlərinin 60 faizi artıq satılıb. Milli peykin göstərdiyi xidmətlərin alışında isə ən çox pay Azərbaycan, Türkiyə və Gürcüstana məxsusdur. Qafqazda ilk peyk operatoru olan "Azərikosmos”da həftənin bütün günləri 24 saat ərzində peykin idarəçiliyini həyata keçirilir.

"Azərspace-1” peykindən gələn bütün məlumatlar bundan başqa, peykin hazırda vəziyyətinin necə olması, hansı istiqamətdə olması, bir sözlə onun mövqeyinin idarə edilməsi, məhz "Azərikosmos”dan aparılan əməliyyat işlərindən asılıdır.

Əsasən günəşdən aldığı enerji ilə işləyən peyk hazırda yerdən 36 min kilometr uzaqlıqdadır. "Azərikosmos”un əməkdaşları hər saniyə peykdən gələn məlumatları yoxlayır və ayın cazibə qüvvəsinin, eləcə də günəş küləklərinin peykə zərər vurmaması üçün gərəkli əməliyyatları yerinə yetirir. "Azərikosmos” Səhmdar Cəmiyyəti peykin idarə edilməsində yarana biləcək problemləri aradan qaldırmaq üçün bütün ehtiyyat tədbirləri həyata keçirib.

"Peyk hal-hazırda "Azərikosmos”dan idarə olunur. Lakin bizim hər hansısa bir affektlərə qarşı yerüstü ehtiyyat stansiyamız da var. Bu, Naxçıvanda yerləşir. Əgər burda problem yaranarsa, ehtiyyat stansiyamız ordan işə düşür” – deyə peyk əməliyyatları qrupunun rəhbəri Fariz Əliyev vurğulayıb.

Peykin idarə edilməsi, eləcə də gələn məlumatları qəbul etmək üçün quraşdırılan antenalara nəzarətdə bütün hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu cür uğurlu idarəetmənin nəticəsidir ki, Fransa şirkəti ötən ilin iyununda orbitə çıxarılmış və yeni adı "Azersky” olan Yer səthinin məsafədən müşahidə peykini "Azərkosmos” ASC-yə təhvil verib. "Azərsky” peyki təbii ehtiyyatların tədqiqində, dənizçilikdə, ətraf mühitin mühafizəsində, eləcə də şəhərsalmada istifadə üçün geniş imkanlara malikdir.

Azərbaycanın növbəti uğuru isə 2017-ci ildə reallaşacaq. "Azərspace-2” peykinin məhz 2017-ci ildə peykə çıxarılması nəzərdə tutulub. Artıq iki ilə yaxındır orbitə buraxılan "Azərspase-1” peykinin istismar müddəti azı 15 ildir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol