• $
  • €
  • ₽
  • ₺
  • £

“The Guardian”dan Azərbaycana qarşı TƏXRİBAT

“The Guardian”dan Azərbaycana qarşı TƏXRİBAT
12.01.2015 13:36
Böyük Britaniyanın "The Guardian” qəzeti "2015-ci il tətilləri üçün ən macəralı yerlər” başlıqlı məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağı da qeyd edib.

APA-nın qəzetin rəsmi saytına istinadən verdiyi məlumata görə, məqalədə Dağlıq Qarabağ Azərbaycan tərəfindən "əhatə olunmuş” dağlıq anklav, "1991-ci ildə müstəqilliyini elan etmiş” və Ermənistanın nəzarətində olan ərazi kimi göstərilib.
 
"Sərhəd çəkişmələri və əraziyə nəzarət uğrunda gedən davamlı mübarizə onu göstərir ki, bu səyahət qorxaqlar üçün deyil, lakin orada təklif olunacaq çox şey var: dağ monastırları, arxeoloji abidələr, qədim mağara kompleksləri və fərqli təbiət gözəlliyi. Bu əraziyə Yerevan vasitəsilə səyahət edə bilərsiniz”, – deyə məqalədə bildirilib.
 
"The Guardian” oxuculara bu əraziyə səyahəti Böyük Britaniya şirkəti olan "Regent Holidays” vasitəsilə gerçəkləşdirməyi təklif edib və məqalədə şirkətin saytındakı "Dağlıq Qarabağa qrup turları” proqramına keçid verib.
 
Şirkətin rəsmi saytında isə (regent-holidays.co.uk) Dağlıq Qarabağ Ermənistan kateqoriyasında verilir, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan keçməklə tur xidmətləri təklif olunur. Qeyd edək ki, həmin şirkət eyni zamanda Azərbaycana da turlar təşkil edir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol