• $
  • €
  • ₽
  • ₺
  • £

Siyasətçilərin qadın düşkünlüyü - FOTOLAR

Siyasətçilərin qadın düşkünlüyü - FOTOLAR
13.01.2015 14:57
Dünya siyasətçiləri daim kamera qarşısındadırlar. Onların heç bir hərəkəti, heç bir baxışı jurnalistlərin nəzərindən qaçmır. Buna görə də bəzən kişi siyasətçilərin ətrafındakı qadınlara ani baxışları fotoqrafın çəkdiyi şəkillərdə qalmaqallı forma ala bilər.

Modern.az dünya siyasətçilərinin kuryoz fotolarını təqdim edir.            

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən çimərlik voleybolu üzrə ABŞ yığmasını ruhlandırmaq üçün prezident Corc Buş onları ziyarət edərkən yaxalanır. Çoxsaylı fotolar arasında xüsusilə prezidentin voleybolçu Misti Mey-Ternerlə olan şəkili maraq doğurur.

"Miss İtaliya - 2008” gözəllik müsabiqəsində qonaq kimi iştirak edən İtaliyanın sabiq baş naziri Silvio Berluskoni də gözəllik yarışmasının iştirakçılarından olan Tea Kotonellaya baxarkən fotokameralarla yaxalanıb.

Rusiyanın baş naziri Dmitri Medvedev isə 2011-ci ildə prezident qiyafəsində qatıldığı "G20” zirvə toplantısında öz mətbuat katibi Natalya Timakovanı seyr edərkən kadra düşüb.

2009-cu ildə isə "G8” sammitinə qatılan ABŞ-ın hazırki prezidenti Barak Obama  sammitdə iştirak edən 16 yaşlı Mayara Tavaresə baxarkən görüntülənmişdi. Bu zaman Fransa prezidenti Nikolya Sarkozinin Obamaya anlayışla baxması da diqqətdən kənarda qalmamışdı. Foto Amerikada kiçik qalmaqal yaratsa da, şəkilin çəkildiyi məqamın videogörüntüsü Obamanın döşəməyə baxdığını göstərdi.

Nyu-Yorkdakı Çin restoranlarından birində səhər yeməyi yeyən prezident Barak Obama fotoqraf tərəfindən yerli restoran personalı ilə səmimi görüntülənmişdi.

Sabiq Amerika prezidenti Bill Klinton isə küçə gəzintisi zamanı xanım seçici ilə "selfie” çəkdirən zaman nəzərlərini xanımın sinəsinə yönəltməsinə görə tənqid olunmuşdu. Bu, çoxlarına Klintonun katibəsi Monika Levinski ilə Ağ Evdə yaşadığı sevgi macərasını xatırlatmışdı.

Rusiya prezidenti Vladimir Putin isə Almaniyaya səfər edən zaman ona etiraz edən "FEMEN” təşkilatının çılpaq üzvü ilə qarşılaşmışdı. Fotodan da göründüyü kimi Putin mühafizəçilər tərəfindən ondan uzaqlaşdırılan qadına biganə qala bilməmişdi.

Monako kralı Albert isə məşhur pop ulduz Rihannanı qəbul edərkən ilk növbədə onun sinəsinə diqqət yetirmişdi.

Hollivudun "Oskar”lı gənc ulduzu Enn Hetuey isə "Şeytan "Prado” geyinir” filminin premyerasında aktyor həmkarı Stenli Tuççinin diqqətli baxışları ilə üzləşmişdi.

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klintonun və müğənni Kristina Agileranın BMT-nin Nyu-Yorkda keçirdiyi mükafatlandırma mərasimində çəkdirdikləri foto da insanlar tərəfindən maraqla qarşılanmışdı.

1958-ci ildə İtaliya kinosunun ulduzu Sofi Loren və amerikalı həmkarı Ceyn Mensfildin ortaq tədbir zamanı çəkilən fotosu isə bu qəbildən olan fotoların ən məşhuru sayılır.

ANN.Az











Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol