• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polisi bu şəxs sürüyüb - VİDEO

Bakıda polisi bu şəxs sürüyüb - VİDEO
16.01.2015 12:25
Bir neçə gün öncə Bakının mərkəzində yol polisini maşının "kapotunda" sürüyən sürücü əməlindən peşman olub.

 ANS PRESS-in məlumatına görə, saxlanılan Cavid Həsənov ilk öncə polis əməkdaşının ondan sənədləri tələb etdiyini deyir. Sənədlərini vermədikdə polis sürücüdən maşından enməsini istəyib. Bu zaman isə Cavid Həsənov maşının əlindən alınmasından qorxub və maşını saxlamayıb.

Buna səbəb kimi o bankla bağlı probleminin olduğunu əsas gətirir. Onun sözlərinə görə, maşını bank yolu ilə eldə edib və bankın pulunu 5 aydır ödəmir. Sürücü məqsədinin polisi yıxmaq olmadığını deyib.

Doğrudur, hadisə zamanı YPX əməkdaşı xəsarət alsa da, vəziyyəti qənaətbəxşdir. Cavid Həsənov isə elə əhvalatdan bir müddət sonra saxlanılıb.

Faktın təfərrüatları Nəsimi rayon prokurorluğunda araşdırılır. Cavid Həsənovun əməlinə məhkəmə müstəvisində qiymət veriləcək.

Hadisə Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, Bakı Caz Mərkəzinin qarşısında baş verib. Hadisə zamanı 90 VT 023 dövlət nömrə nişanlı VAZ 2170 markalı avtomobili Ağsu rayon sakini 25 yaşlı Həsənov Cavid Fuad oğlu polisin "saxla" əmrinə tabe olmayıb. O, müfəttişi vurub və onu bir neçə metr sürüyüb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol