• $
  • €
  • ₽
  • ₺
  • £

Müqəddəs ziyarətgahlarda olan nazirlərin SİYAHISI - ARAŞDIRMA

Müqəddəs ziyarətgahlarda olan nazirlərin SİYAHISI - ARAŞDIRMA
16.01.2015 13:47
Modern.az saytı Azərbaycanda dövlət orqanlarına rəhbərlik edən yüksək çinli məmurların müqəddəs yerləri ziyarət edib-etmədiklərini araşdırmağa çalışıb.

Milli Məclisin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanına səfər zamanı Məkkədə, Mədinədə yerləşən müqəddəs yerlərdə ziyarətdə olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Səudiyyə Ərəbistanında səfər edərkən Ümrə ziyarətində olub.

Gənclər və idman naziri Azad Rəhimov 3 dəfə Ciddə şəhərində İslam Həmrəylik Təşkilatlarının iclaslarında iştirak edib. Bu zaman fürsətdən istifadə edərək Məkkə ziyarətində olub. Bütün rituallara əməl edib.

Mədəniyət və turizm naziri Əbülfəs Qarayev Məkkə, Mədinə və Məşhəddə yerləşən müqəddəs yerlərdə bir neçə dəfə ziyarətdə olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəsmi səfər çərçivəsində iki dəfə Məşhəddə olub.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dini ziyarətgahlarda olmamağına baxmayaraq, savab işlər görür. Xüsusilə kimsəsiz uşaqlara göstərilən qayğını təqdir edir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Modern.az-a açıqlamasında heç vaxt dini ziyarətgahlarda olmadığını deyib.

Nəqliyyat naziri Ziya Məmmədov Məkkədəki Kəbə ziyarətində olub. Azərbaycanın tanınmış pirlərində, o cümlədən Mir Mövsüm Ağanın ziyarətgahında da olub.
Nəqliyyat Nazirliyindən deyiblər ki, Ziya Məmmədov müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yaxşı bilir. Eyni zamanda, Ziya Məmmədovın ən çox sevdiyi hədiyyə  Qurani-Kərim kitabıdır.

Bu vaxta qədər müqəddəs yerləri ziyarət etməyənlər arasında  daxili işlər naziri Ramil Usubov, səhiyyə naziri Oqtay Şirəliyev, Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov var.

Bir sıra nazirliklərdən isə bildiriblər ki, bu mövzuya toxunmayaq.

Qeyd edək ki, məlumatlar Modern.az saytına nazirliklərdən verilib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol