• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda ticarət obyektləri bərpa edilir

Metroda ticarət obyektləri bərpa edilir
22.01.2015 15:18
Metro stansiyalarında ticarət köşkləri bəpra oluna bilər. Artıq "Koroğlu” stansiyasında bir ticarət köşkü tikilib. O, yaxın günlərdə istifadəyə veriləcək.

ANN.Az-ın Virtualaz.org-a istinadla verdiyi məlumata görə, "Bakı Metropoliteni” QSC-də ticarət köşklərinin ləğv edilməsindən sonra ilk dəfə olaraq "Koroğlu” metrosunda ticarət obyekti açılır. Əldə etdiyimiz məlumata görə, obyekt gül salonu kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 27 fevral, 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” QSC yaradıldı. Zaur Hüseynov onun sədri təyin edilib.

Z.Hüseynovun ilk səs-küylü qərarı isə bütün metro keçidlərində ticarət obyektlərinin sökülməsi olub. "20 yanvar” metrosundakı ticarət obyektləri istisna olmaqla bütün metro keçidlərindəki obyektlər sökülüb.

Həmin vaxt "Koroğlu” metrosu yenidən təmir olunmuşdu və ticarət obyektləri də yeni tikilmişdi. Söküntü işləri zamanı da "Koroğlu”da bir dənə də olsun obyekt qalmadı. İndi isə həmin obyektlərin boş qalan yerləri istifadəyə verilir.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə ticarət obyektlərinin bağlanması qərarı vermişdi. Qarşıya qoyulan məqsəd metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi idi.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev virtualaz.org-a açıqlamasında "Koroğlu” metrosunda ticarət obyektinin tikilməsi faktını təsdiqləyib.

N.Paşayev metropoliten ərazisində sərnişinlərin hərəkətinə mane olmayan, təhlükəsizlik baxımından heç bir problem yaratmayan obyektlərin tikilə biləcəyini deyib: "Metropoliten ərazisində əvvəllər olduğu kimi heç bir keçiddə ticarət obyekti olmayacaq. Ancaq sərnişinlərin hərəkətinə, təhlükəsizliyinə problem yaratmayan keçidlərdə ticarət obyektləri ola bilər. Amma bununla bağlı hələ heç bir qərar verilməyib. Qeyd edilən obyektin tikintisindən xəbərim var. Bu obyekt sərnişinlərin hərəkətinə heç bir maneə törətmir”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol