• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən qətiyyət: Nağd ödəniş sistemi 1 martdan yığışdırılır

Nazirlikdən qətiyyət: Nağd ödəniş sistemi 1 martdan yığışdırılır
24.01.2015 13:08
"200 sürücü işdən kənarlaşdırılıb”.

2014-cü il ərzində aparılan araşdırmalar zamanı 23 309 sürücünün sükan arxasında telefonla danışması faktı aşkarlanıb. 12 750 sürücü isə sükan arxasında ola-ola siqaret çəkib.

Bu barədə məlumat Nəqliyyat Nazirliyinin hazırladığı qayda pozan avtobus sürücülərinin statistikasında yer alır.

Ümumilikdə isə 36 059 sürücü sükan arxasında qayda pozub ki, nəticədə 221 ədəd protokol imzalanıb. Bu cür qayda pozuntularının qarşısının alınması üçün artıq Nəqliyyat Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, il ərzində 200-dən çox sürücü qayda pozduğuna görə işdən kənarlaşdırılıb və sahibkarlara tapşırıqlar verilib.

Artıq sürücü ehtiyat bazasının yaradılmasına başlanılıb. Əgər sürücü bir neçə dəfə qayda pozarsa o zaman həmin sürücü artıq başqa bir xətdə işləyə bilməyəcək. Bu isə qəzaların qarşısını almağa kömək edəcək.

Namiq Həsənov, həmçinin sürücülərə ingilis dili dərslərinin keçiriləcəyini bildirdi. Bunun üçün isə iki yerdə kurslar təşkil olunub:

"Mart ayının 1-dən isə bütün avtobuslarda nağd ödəniş sistemi yığışdırılacaq. Bundan sonra sürücülərin qarşısına qoyulan plan məsələsi də aradan qaldırılacaq ki, nəticədə avtobusların bir-birini ötməyə çalışması hallarına son qoyulacaq”- deyə, nazirliyin nümayəndəsi bildirib.

ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol