• $
  • €
  • ₽
  • ₺
  • £

Mal ətinin ucuzlaşma səbəbləri nədir? - Rəy

Mal ətinin ucuzlaşma səbəbləri nədir? - Rəy
03.02.2015 11:27
"Azərbaycanın kənd regionlarında mal ətinin qiymətinin ucuzlaşmasını şərtləndirən müxtəlif səbəblər vardır. Onlardan biri idxalın artımıdır”.

Bu açıqlamanı "Yeni Müsavat”a  iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Ekspert deyib ki, rəsmi statistikaya görə, 2014-cü ildə əvvəlki illə müqayisədə Azərbaycana idxal olunan ət 28,2 faiz artıb: "Belə ki, əgər 2013-cü ildə ölkəyə 15 milyon 181 min dollar məbləğində ət idxal olunmuşdusa, 2014-cü ildə bu göstərici 19 milyon 460 min dollar olub. Qiymətin ucuzlaşmasına təsir göstərən başqa bir amil xüsusilə də kənd rayonlarda ehsan qadağasıdır. Bu səbəbdən əsasən də mal ətinə olan tələbat aşağı düşüb. Ətin qiymətinin ucuzlaşmasında rol oynayan digər amil ailənin büdcəsinin gəlirlərinin azalması ilə əlaqədar olaraq ölkədə alıcılıq qabliyyətinin aşağı düşməsidir.

Nəhayət, ötən il quraqlıq olmasına görə yaranmış yem qitlığı hazırda onun maksimum səviyyədə bahalaşmasına və bu da iri buynuzlu mal-qaranın saxlanması xərclərinin artmasına gətirib çıxarıb. Yaranmış xərcləri ödəmək üçün malik olduqları mal-qaranın bir hissəsini satışa çıxaranların sayının getdikcə artması bazarda ətin təklifinin artmasına gətirib çıxarıb”.

Qubad İbadoğlu deyib ki, bazarların qarşılıqlı əlaqəsinə görə, mal əti bazarında baş verən ucuzlaşma davamlı xarakter alarsa onda yaxın vaxtlarda qoyun əti, quş əti və balıq, eləcə də mal ətindən hazırlanan kolbasa, sosiska, konservlərin və sair məhsulların, həmçinin kafe və restoranlarda steak, basdırma və mal ətindən hazırlanan digər yeməklərin də qiymətində dəyişikliyə gətirib çıxarmaldır: "Təbii ki, ölkədə bazar iqtisadiyyatı qanunuları işləyərsə!”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol