• $
  • €
  • ₽
  • ₺
  • £

100 min manat ver, Qız qalasının başında şam elə

100 min manat ver, Qız qalasının başında şam elə
03.02.2015 12:50
"Four Seasons Hotel Baku” oteli 14 fevral - Müqəddəs Valentin günü ərəfəsində gözlənilməz və qeyri-adi təkliflə çıxış edib.

Virtualaz.org saytı haqqin.az portalına istinadən xəbər verir ki, otel Qız qalasının başında sevgili cütlüklər üçün romantic şam yeməyi təşkil etməyi vəd edir. Lakin macəra axtaran gənc sevgililər bu təklifə sevinməyə hələ tələsməsinlər. Belə ki, Qız qalasının ən uca nöqtəsində şam yeməyi öz bahalığına görə hətta "Ginnesin rekordlar kitabı”na da düşməyə iddialıdır. Çünki bu qeyri-adi şam yeməyi sevgili cütlüyə nə az, nə çox - düz 100 min manata başa gələcək.

"Four Seasons” oteli bu astronomik məbləğ qarşılığında əlavə xidmətlər də təklif edir.

"Sevgililər üçün Qız qalasının başında ən dəbdəbəli apartament hazırlanacaq. Bu, "Four Seasons Hotel Baku”dakı prezident otaqları səviyyəsində lüks nömrə olacaq. Cütlüyə son model limuzin xidmət edəcək. Həmin avtomobil sizi dünyanın istənilən nöqtəsindən birbaşa evinizdən götürüb aeroporta çatdıracaq. I dərəcəli təyyarə salonunda Bakıya uçacaqsınız. Biletləriniz də otel tərəindən alınacaq. Qara kürü və şampan şərabı ilə bəzənmiş masa arxasında başlayacaq möcüzəvi məclis "Caspia” restoranındakı unikal şam yeməyi mərasimi ilə davam edəcək” - deyə otelin yaydığı reklam mətnində bildirilir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol