• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda özəl qəbiristanlıqlar olacaq

Azərbaycanda özəl qəbiristanlıqlar olacaq
04.02.2015 17:38
Azərbaycanda çoxdandır müzakirə mövzusu olunan məzarlıqlar və məzar daşları ilə bağlı sənəd yaxın vaxtlarda qüvvəyə minə bilər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, məzarlıqlar və məzar daşları ilə bağlı layihə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib.

Hazırda ona Nazirlər Kabinetində baxıldığını vurğulayan M.Quliyev qeyd edib ki, sənəd ya qanun kimi qəbul oluna, ya da Nazirlər Kabinetinin qərarı ilə əsasnamə kimi təsdiq edilə bilər: "Bu, hökumətin qərarından asılıdır. Əgər qanun layihəsi kimi qəbul olunması nəzərdə tutulsa, Milli Məclisə göndəriləcək. Yəqin ki, yaxın vaxtlarda biz bu məsələsinin həllini görəcəyik”.

Onun sözlərinə görə, layihədə həm özəl, həm dövlət, həm də bələdiyyə qəbiristanlıqlarının olması nəzərdə tutulub: "Nəzərdə tutulub ki, dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbirüstü daşlar standart olsun, yəni qəbirlərin ölçüsü də, qəbirüstü daşlar da eyni ölçüdə, sıraları da eyni qaydada olsun. Ancaq kim dünyadan köçmüş yaxınının xatirəsini öz istədiyi şəkildə əbədiləşdirmək istəyirsə, onlar özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi formada abidə qoya bilərlər”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol