• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qəbirstanlıqdakı lövhə görənləri şoka saldı - VİDEO

Azərbaycanda qəbirstanlıqdakı lövhə görənləri şoka saldı - VİDEO
07.02.2015 14:59
Yeni Suraxanıda qəribə bir addım atılıb. Qəbirstanlıqda bir lövhə vurulub. Orda yazılanları görüb şoka düşməmək olmur.

İslam dininə görə bir adam dünyasını dəyişərsə, onun qısa bir zamanda basdırılması vacib əməllərdən sayılır. Bunun üçün də şəhər və qəsəbələrdən kənarda qəbirstanlıqlar salınır ki, vəfat edənlər orada dəfn edilsin. Amma Yeni Suraxanı rayonu, 14 iyun küçəsində yerləşən qəbirstanlıqda - "Yeni Suraxanıda qeydiyyatda olmayanlar dəfn olunmur” yazısı bizdə təəccüb doğurdu. Bu zaman ortaya bir sual meydana gəlir. Bəs dünyadan köçən harada basdırılmalıdır. Yəni bunun üçün xüsusi qəbirstanlıqmı olmalıdır? Məsələni aydınlaşdırmaq üçün məzarlıqda məsul şəxsləri nə tapa bildik, nə də bir məlumat əldə etmək mümkün oldu. Məsələyə münasibət bildirən ilahiyyatçılar dedi ki, qəbirstanlıq tərəfindən verilən bu qərar islama heç də xoş olmayan bir haldır.

"İslam dinin baxşında bir insan dünyasını dəyişərsə, onun dəfnində mütləq qeydiyyat deyə bir şey buyrulmayıb. Sadəcə olaraq dəfn olunması və ona məxsus olan əməllər buyurulub. Qeydiyyat məsələsinin dini baxımdan heç bir əsası yoxdur. Din bunu normal qəbul etmir. Çünki hər bir şəxs insandır və hər bir kəs də bir gün dünyasını dəyişəcək. Bu baxımdan hamı üçün torpaq eyni olmalıdır” – deyə ilahiyyatçı Hacı Fuad bildirib.

Biz də bu qəribə lövhənin nəyə xidmət etdiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin qəbirstanlıq İcra hakimiyyətinin nəzarətində deyil.

Biz də Suraxanı Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan verilən məlumata görə, həmin qəbirstanlıq onların da nəzarətində deyil. Amma ilkin ehtimala görə, bu yazının məqsədi ərazidə, kənardan gətirilən cənazələrin dəfn edilməsinin qarşısını almaqdır, deyə bildirdilər. Belə olan halda qəbirstanlığın kimin nəzarətində olduğu və bu qaydaları kimin tərtib etdiyi naməlum olaraq qaldı.//ANS
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol