• $
  • €
  • ₽
  • ₺
  • £

Bu əsər 300 milyona satıldı

Bu əsər 300 milyona satıldı
07.02.2015 15:25
Fransız boyakarı Pol Qogenin rəsm əsəri hərracda 300 milyon dollara satılaraq qiymət rekordunu təzələyib.

AzərTAc The New York Times qəzetinə istinadla xəbər verir ki, söhbət 1882-ci ildə yağlı boya ilə çəkilmiş Nafea Faa Ipoipo (Toy nə vaxtdır) əsərindən gedir.

İsveçrəli kolleksiyaçı, Sothebys ticarət evinin keçmiş əməkdaşı 62 yaşlı Rudolf Ştexelin satışa çıxardığı rəsm əsərini Qətər vətəndaşının satın aldığı bildirilir. Nafea Faa Ipoipo adlı bu əsər 50 ilə yaxın müddətdə Bazel şəhərinin incəsənət muzeyində nümayiş olunub. Muzeyin əsas binası 2016-cı ilə qədər təmir üçün bağlanılıb.

Yaxın günlərdə yeni rekorda imza atmış bu əsəri Bazeldəki Beyeler fondunda, həmçinin Madrid şəhərindəki kraliça Sofiyanın İncəsənət mərkəzində və Vaşinqtonda Fillipsin kolleksiyasının sərgilərində görmək olacaq. Belə ki, əsər yeni sahibinə yalnız 2016-cı ilin yanvarında təqdim ediləcək.

İsveçrəli kolleksiyaçı Rudolf Ştexelin ailə mirası vasitəsi ilə Vinsent van Qoq, Pablo Pikasso və Kamilya Pissaronun da daxil olduğu impressionist və postimpressionistlərin 20-dən çox əsərinə sahibdir.

Əvvəllər şəxsi kolleksiyadan satılmış ən bahalı əsər Pol Sezannın "Qumarbazlar” rəsmi sayılırdı. 2011-ci ildə bu əsər Qətər əmirinin ailəsi tərəfindən 250 milyon dollara satın alınmışdı.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol