• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı faciəsinin şahidi Los Anceles radiosuna müsahibə verdi

Xocalı faciəsinin şahidi Los Anceles radiosuna müsahibə verdi
18.02.2015 10:46
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Los Ancelesdə səfərdə olan Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva fevralın 15-də burada yerləşən "BlogTalkRadio” radiosuna müsahibə verib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, müsahibə psixoloji müharibə travmaları üzrə tanınmış amerikalı ekspert Daniel Sadiq tərəfindən aparılıb.
 
Proqramın başlanğıcında D. Sadiq bildirib ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O, Ermənistan tərəfindən həyata keçirilən bu işğalın mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli qəddarlıqlarla müşayiət olunduğunu diqqətə çatdırıb və bu səpkidə 1992-ci ilin fevral ayında erməni qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı ağır qətliamın həyata keçirildiyini qeyd edib.
 
Müsahibə zamanı Xocalı faciəsi zamanı ayağından yaralanaraq 20 yaşında ermənilərə əsir düşmüş Dürdanə Ağayeva əsirlikdə olduğu dövrdə başına gələn hadisələrdən, ermənilərin ona və digər əsirlərə verdikləri ağır işgəncələrdən və törətdikləri vəhşiliklərdən danışıb. O, ermənilərin əsirlikdə olan qadın, uşaq və yaşlı insanlara fərq qoymadan, bütün Xocalı sakinlərinə dözülməz işgəncələr verdiyini vurğulayıb.
 
Qeyd edək ki, Los Ancelesə səfəri müddətində D. Ağayeva digər amerikalı jurnalistlər və qadın haqlarının müdafiəsi ilə məşğul olan qruplar, eləcə də yerli yəhudi icmasının nüfuzlu nümayəndələri ilə də görüşlər keçirib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol