• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Avropa çempionatı

Bakıda Avropa çempionatı
23.02.2015 09:45
Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçiriləcək.

Bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Cüdo üzrə Avropa Çempionatı bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa çərçivəsində baş tutacaq. Çempionat iyunun 25-28-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Bu qərar qitənin ən yaxşı cüdoçularının tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq hüququ uğrunda mübarizə aparmasına imkan yaradır. Bununla da Bakı-2015-də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya imkanları verən idman növlərinin sayı 12-yə çatıb.

İlk əvvəl Cüdo üzrə Avropa Çempionatının aprelin 9-12-də Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin Britaniyanın Cüdo Assosiasiyası ilə yaranan problemlər aradan qaldırılmadığı üçün Avropa Cüdo İttifaqının İcraiyyə Komitəsi çempionatı keçirə biləcək yeni şəhərin təyin edilməsi qərarını verib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu qərarın Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələsinə yaxınlaşdığını göstərən gözəl xəbər olduğunu deyib. "AOK Avropa çempionatlarının Avropa Oyunlarının bir hissəsi olmasına çalışıb və bu qərar göstərir ki, biz məqsədimizə gözlədiyimizdən də tez çatırıq”, - deyə o bildirib.

Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik Cüdo üzrə Avropa Çempionatının Bakıda keçiriləcəyinə şad olduğunu deyib: "Çempionatın Qlazqoda keçirilməsi ləğv edildikdən sonra mümkün qədər tez bir vaxtda yeni ev sahibi tapmaq qarşımızda duran prioritet məsələ idi. Biz bunu etdik və mən seçimdən çox razıyam”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu qərar 16 olimpiya idman növündən 12-sinin təmsil olunduğu Avropa Oyunlarını daha da gücləndirir və 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına birbaşa və ya dolayısı ilə kvalifikasiya imkanları verir. //azərtac.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol