• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan üçün yeni təhlükə

Azərbaycan üçün yeni təhlükə
27.02.2015 12:49
Rusiyada qripin mövsümi artımı başlasa da, Azərbaycanda qripin artımı müşahidə edilmir. 

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Rusiyada epidemoloji sezon dövründə 60-dan çox insanın "donuz qripi”nə yoluxmasına və bu infeksiyanın Azərbaycana keçmə ehtimalına münasibət bildirərkən deyib.

Ş.Məmmədov Azərbaycanda "donuz qripi”nin yayıla bilməsi ilə bağlı narahatçılığa əsas görməyib.

Onun sözlərinə görə, qış dövründə qripin yayılmasının qarşısını almaq üçün ona qarşı profilaktik tədbirlər hər il aparılır. "Donuz qripi” ilə adi qripin yoluxma yolları eyni, əlamətləri oxşar olduğundan onlara qarşı həyata keçirilən profilaktik tədbirlər oxşardır. Bu baxımdan, Azərbaycanda "donuz qripi”nə qarşı əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmur və buna ehtiyac da yoxdur.

Ş.Məmmədov əlavə edib ki, əslində, "donuz qripi” – H1N1 virusu adi qripdən daha zəifdir: "Qrip adi asqırmaq, öskürmək deyil. Qrip daha ağır kəskin respirator infeksiyadır. Ona yoluxmanı yalnız laboratoriya təyin edir”.

Onun sözlərinə görə, qripdən ölüm halları da "donuz qripi”ndən bir neçə dəfə çoxdur. Adi qripə yoluxma 5 faiz hallarda ölümlə nəticələnsə də, "donuz qripi”ndə ölüm halları 2 faizdən aşağı olur: "Sadəcə olaraq, adi qrip kimi "donuz qripi"nin də tez bir zamanda insanlar arasında yayılma xüsusiyyətləri var. Qış dövründə insanlar qapalı məkanlarda çox olduğundan yayılma da çox olur”.

Xəstəliklərə qarşı profilkatik tədbirlərin nələrdən ibarət olduğuna gəldikdə, Ş.Məmmədov deyib ki, qripin əlamətlərini hiss edən şəxslər həkimə müraciət etməli, maska taxmalı, gigiyenik qaydalara əməl etməlidirlər. Xəstəliyi yaymamaqdan ötrü ictimai yerlərdə daha az olmağa çalışmalıdırlar: "İnsanlar sağlam həyat tərzi sürməlidirlər. Orqanizmi möhkəmləndirən qidalar qəbul etməli, siqaret, içkilərin qəbulunu azaltmalı, yaxud da heç istifadə etməməlidirlər. Çünki onlar insanın immun sistemini zəiflədir”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol