• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sahibkar icra başçısını məhkəmədə uddu

Azərbaycanda sahibkar icra başçısını məhkəmədə uddu
04.03.2015 09:51
Gədəbəydə uzun müddətdir rayon İcra Hakimiyyəti və yerili sahibkar arasında gedən məhkəmə çəkişməsinə nəhayət ki, son qoyulub. Nitəcədə sahibkar məhkəməni udub. 

ANS TV-nin məlumatına görə, Gədəbəy rayonundan olan iş adamı Oqtay Əliyev Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən ona edilən əsassız təzyiqlərə bu gün aydınlıq gətirib. 

Bununla bağlı mətbuat konfransı keçirən Oqtay Əliyev bildirdi ki, Gədəbəyin Qalakənd kəndində inşa etdirdiyi turizm obyekti Gədəbəy rayon İcra hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən dağıdılıb. Söküntü ilə bağlı məhkəmənin qərarı olmadan onun oyekti sökülüb. Amma obyektin tikintisi ilə bağlı aidiyyatı qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan rəsmi icazə alınıbmış. Amma Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qalakənd meşəbəyliyinin 20 hektar sahəsindən istirahət-turizm məqsədi ilə istifadə etmək üçün həmin müəsssisə ilə 5 illik müqavilə də bağlanılıb. 

Şikayətçi Oqtay Əliyev ona 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırlıb və Oqtay Əliyevə məxsus həmin turizm obyektinin həqiqətən də Gədəbəy rayon İcra hakimiyyəti tərəfindən əsassız olaraq söküldüyünü bir daha təsdiqləyib. Nəticədə məhkəmə qərar qəbul edib. Cavabdeh Gədəbəy rayon İcra hakimiyyətindən 66 min 626 manat tutulub ki, buda iddiaçı Əliyev Oqtayın xeyrinə ödənilsin.

Oqtay Əliyev bu məhkəmədə qələbə qazandığını deyir. İndi qalır məhkəmənin qərarı ilə qarşı tərəfin ona verilən 10 gün müddətində dəymiş ziyanı ödəməsi. 

Oqtay Əliyev onu da bildirdi ki, kompensasiya ödənildikdən sonra da həmin ərazidə yeni turizm obyekti tikəcək.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol