• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Novruz hazırlıqları başlayır

Bakıda Novruz hazırlıqları başlayır
06.03.2015 09:12
Hər il olduğu kimi bu il də Novruz bayramı tədbirləri dövlət səviyyəsində qeyd olunacaq.
 
Xüsusilə Dənizkənarı bulvar idarəsi bu Novruza özünəməxsus hazırlaşıb. Belə ki Martın 19-da baş tutacaq bayram tədbiri Qız qalası önündən başlayacaq və bulvar ərazisinə qədər davam edəcək. Milli park ərazisində Azərbaycan mədəniyyət və incəsənətinə dair nümunələr sərgilənəcək. İştirakçılar müxtəlif musiqi nömrələri ilə çıxış edəcək, qurulan süfrələrdə milli mətbəximizin dadlı təamları yer alacaq. Bayram çərçivəsində hər bir regionun məşhur məhsulu nümayiş olunacaq, bununla yanaşı həmin məhsulların satışı da həyata keçiriləcək.

Dənizkənarı Bulvar idarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə builki Novruz bayramı tədbirləri fərqli keçiriləcək.

Bulvar ərazisindəki bayram ab havası martın 22-nə kimi davam edəcək. 3 yerdə Novruzun atributu olan böyük səməni quraşdırılacaq, onların ətrafını isə Novruzun simaları olan keçəl kosa və bahar qızı bəzəyəcək. Bu Novruz bayramında da paytaxtda atəşfaşanlıq olacaq. Bakı şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilaxır çərşənbə günü və bayram günü Dənizkənarı Milli park ərazisində konsert və atəşfəşanlıq keçiriləcəyini bildirib. //anspress.com
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol