• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Ağalarov: “Hədəfim qazanmaq yox, pulları itirməməkdir”

Araz Ağalarov: “Hədəfim qazanmaq yox, pulları itirməməkdir”
11.03.2015 16:29
Azərbaycanlı milyarder Araz Ağalarov "Forbes” jurnalına müsahibəsində böhran zamanı inşaatçıların problemləri, iri dövlət layihələri və gələcəklə bağlı optimist fikirlər bildirib.

AzVision.az xəbər verir ki, A.Ağalarov 2018-ci il Dünya Çempionatı üçün Rostovda şirkətinin tikdiyi stadiondan danışıb. O, hazırda iqtisadi böhran zamanı Rostovdakı stadion üçün ayrılan 18,3 milyarda stadion tikməyin çətin olacağını bildirib. 

"Rusiyada istehsal olunan beton, metal və digər materialları hökumətin təqdim etdiyi qiymət cədvəlinə uyğunlaşdırmaq olar. Təəssüflər olsun ki, stadionunun tikintisi zamanı xaricdən idxal olunan avadanlıqlarsız keçinmək olmur. Ekranlar, səs, işiq avadanlıqları və digər yüksək texnoloji məhsulları xaricdən almaq lazımdır. Bu məhsulların qiymət məsələsi hələ də açıq qalır. Çünki həmin avadanlıqların alışı zamanı kursun necə olacağı məlum deyil”.

Azərbaycanlı milyarder vurğulayıb ki, onların qarşısında qoyulan hədəf stadionların tikintisində qazanmaq yox, pullarını itirməməkdir: 

"Bu layihə status üçündür. Mən dövlət tikintilərində gəlir əldə edə bilmirəm. Məsələn: Dövlət bizə Uzaq Şərq universitetinin tikintisi üçün 73 milyard rubl ayırmışdı. Lakin bizə vaxtlı-vaxtında ödəniş edilmirdi və tikinti prosesinə şəxsi vəsaiti qoymaq lazım gəlirdi. Nəticədə mən bu tikintiyə şəxsən 3 milyard rubl vəsait yatırdım. Üstəgəl, öz təşəbbüsümlə orada sahilyanı ərazi salındı və 450 min kvadrat metr olan Universitet binası tamamilə kondisionerlərlə təchiz olundu. Anlayın ki, müxtəlif şəhərlərdə 7 stadionun tikintisinin özü də bir növ yarışdır. Mən hamıdan gec başladım. Bu mənim üçün bir çağırışdır”

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol