• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəblidən gözlənilən açıqlama gəldi

Hadı Rəcəblidən gözlənilən açıqlama gəldi
13.03.2015 16:30
"95% adam o mətni heç oxumayıb”.

Bir şeyi bilin ki, parlamentdə mən təkcə əlillərin, sosial durumu ağır olan insanların yox, eyni zamanda müəllimlərin lobbisiyəm. Həmçinin, müəllimlərin əmək haqqısı, sosial durumları ilə bağlı ardıcıl çıxışların müəllifiyəm.

Report xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Təhsil Problemləri İnstitutunda "İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün peşələrin, vəzifələrin alisi müəllimlikdir:

"Bu gün müəllim həmkarlarıma, elm istiqamətli, ağır cəbhədə çalışan müəllimlərə bir şeyi demək istəyirəm ki, nə qədər paradoksal da olsa, bu gün Azərbaycanda sabitliyi pozmaq istəyən, müstəqilliyi, eləcə də hakimiyyətin uğurlu, sistemli addımlarını, dövlət quruculuğunu istəməyən qüvvələr müəllimləri qızışdırmaq, onlarda hansısa mənfi fikir yaratmaq istəyirlər. Bununla da həmin qüvvələr müəllimləri hakimiyyətlə qarşı-qarşıya qoyurlar. Buna da ən bariz nümunə kimi son günlər saytlarda mənim adımın hallanmasıdır”.

"Saytlardan bəziləri yerli mətbuatlardan birinə verdiyim müsahibəyə istinad edərək "Hadı Rəcəbli müəllimlərə fəhləlik təklif edir” kimi başlıq çıxarıb. İnanın ki, 95% adam o mətni heç oxumayb və başlıqdakı cümləni tutaraq ona şərh yazıb. Bu formada məlumatı yayanlar sadəcə müəllimlərin hissi ilə oynayırlar. Tövsiyəmiz odur ki, mətni diqqətlə oxusunlar”, - deyə komitə sədri əlavə edib.

O, həmçinin deyib ki, bütövlükdə təhsil sistemində bəzi işlər görülməlidir:

"Buna səbəb ölkədə daha keyfiyyətli və yaxşı müəllimlərin yetişməsidir. Bəzən iki yerdə dərs deyən, evdə məşğul olan müəllimlərə rast gəlirik. Təbii ki, bunları qəbahət saymaq olmaz. Çünki müəllimlər daha yaxşı yaşamaq üçün daha çox çalışmalıdır”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol