• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən mühüm Dağlıq Qarabağ açıqlaması

XİN-dən mühüm Dağlıq Qarabağ açıqlaması
28.05.2020 21:50
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri "Avronest”in iclasında çıxış edən Ermənistan prezidentinin söylədiklərini şərh edib

"Avropa və dünya dəyərləri əsasında xalqların öz müqəddəratını müəyyən etməsinin alternativi olmadığını deyən Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, mahiyyətinə varmadan onun tərəfindən iddia edilən bu dəyərlərdə qanlı etnik təmizləmə, işğal və təcavüzün törədilməsi nəzərdə tutulmur”.  APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Avronest”in İrəvanda keçirilən plenar iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyanın söylədiklərini şərh edərkən bildirib.
 
Hikmət Hacıyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəkləndiyi kimi, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər: "Münaqişənin kompleks həllinin yeganə yolu yalnız bundan ibarətdir. Bundan kənar münaqişənin həllini düşünmək xülya və obyektiv reallıqdan tamamilə uzaqdır”.
 
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, "sülh”dən danışan və ATƏT Minsk Qrupunun fəaliyyətini öz başa düşdüyü kimi təfsir edən Ermənistan rəhbərliyi ATƏT Minsk Qrupunun israrlı çağırışlarına baxmayaraq, ölkəsinin müxtəlif bəhanələrlə böyük sülh sazişi üzərində işə başlamaqdan yayındığına aydınlıq gətirməsi daha məqsədəuyğun olardı.
 
"Ermənistan tərəfi nəhayət bu reallıqla hesablaşmalıdır ki, işğal və təcavüz nəticəsində yaranmış status kvonun "fait accompli” prinsipi əsasında münaqişənin həlli kimi təqdim edilməsi beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt qəbul edilə bilməz”, deyə Hikmət Hacıyev qeyd edib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol