• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda əlil vətəndaşı avtobusa mindirməyən sürücü işdən çıxarıldı

Bakıda əlil vətəndaşı avtobusa mindirməyən sürücü işdən çıxarıldı
19.03.2015 12:35
Bakıda fiziki qüsurlu şəxsi avtobusa mindirməyən sürücü işdən çıxarılıb.

Avtobusun malik olduğu "Xaliq Faiqoğlu” MMC şirkətindən Oxu.Az-a bildiriblər ki, 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov fiziki qüsurlu şəxsi gördükdən sonra avtobusu dayandırmadığı üçün işdən çıxarılıb.

Şirkətdən bildirilənə görə, dünən fiziki qüsurlu bir vətəndaş bir neçə avtobusa minmək istəyib. 

Avtobus sürücüləri əlillər üçün nəzərdə tutulan xüsusi pandusu açıb sərnişinlərin köməyi ilə fiziki qüsurlu şəxsə kömək göstərib. 

Həmin vətəndaş avtobusa minərkən yanındakı dostu hadisəni lentə almağa başlayıb. Eyni cütlük 10-15 avtobusda belə bir müşahidə aparıb. 

Müşahidə zamanı 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov isə məsuliyyətsiz davranaraq fiziki qüsurlu şəxsi görüb, sonra avtobusu dayandırmayıb. Şirkətdən həmin məsuliyyətsiz sürücünün işdən çıxarıldığı bildirilib.

Şirkətdən onu da bildiriblər ki, bununla bağlı avtobus sürücülərinə mütəmadi olaraq təlimlər keçirilir. Avtobuslarda əlillər üçün xüsusi pandus var, bu fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib-enməyə imkan yaradır. Fiziki qüsurlu şəxs xüsusi pandus vasitəsilə yaxınları tərəfindən, sərnişinlərin və ya sürücünün köməkliyi ilə avtobusa mindirilməlidir.

Xatırladaq ki, "Xaliq Faiqoğlu” MMC şirkətinin bağladığı müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib.

Onu da əlavə edək ki, Azərbaycan Nəqliyyat Nazirliyinin göstərişinə əsasən, yeni gətirilən avtobusların hər biri əlil şəxslərin rahat minib-düşməsi üçün müvafiq panduslarla təchiz olunur.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol