• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda atalar ödənişli məzuniyyətə çıxa bilərlər

Azərbaycanda atalar ödənişli məzuniyyətə çıxa bilərlər
19.03.2015 17:59
Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması, eyni zamanda, analıq məzuniyyətini yarımçıq kəsərək işə qayıdan qadınlara 3 yaşına çatmamış uşaqlara qulluğa görə müavinətin ödənişinin davam etdirilməsi təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, Azərbaycan mentalitetində uşağa qulluq etməyə görə əsas yük konkret olaraq qadının üzərinə düşür:

"Ölkəmizdə bu sahədə kifayət qədər hüquqi baza var. "Gender bərabərliyinin təminatları haqqında” qanunda gender bərabərliyinin bütün sahələrdə təmin olunması nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının ailə öhdəliyi olan işçilərin təminatları ilə bağlı Konvensiyası da mövcuddur”.

S.Qəhrəmanova bildirib ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.

Komitə rəsmisinin sözlərinə görə, bəzən ailə iqtisadi cəhətdən çətinlik çəkəndə qadın analıq məzuniyyətini yarımçıq kəsərək yenidən işə qayıdır.

S.Qəhrəmanova hesab edir ki, kişilərə qadına kömək məqsədilə verilən məzuniyyət ödənişli olarsa və işə qayıdan qadınlara da 3 yaşına çatmamış uşaqlara qulluğa görə ödənişin verilməsi davam edərsə, yaxşı olar.

Qeyd edək ki, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsində də 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində gender bərabərliyinin təmin edilməsi nəzərə tutulur.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol