• $
  • €
  • ₽
  • ₺
  • £

Görkəmli bəstəkar Vasif Adıgözəlovun yubileyi keçiriləcək

Görkəmli bəstəkar Vasif Adıgözəlovun yubileyi keçiriləcək
23.03.2015 09:58
Cari il iyulun 28-də görkəmli bəstəkar, xalq artisti, dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 11 fevral tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbirlər planına əsasən, il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında görkəmli bəstəkarın 80 illiyinə həsr olunan konsert və tədbirlərin, "dəyirmi masa”ların keçirilməsi, tamaşaların göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bəstəkarın muğam xəzinəsi ilə səciyyələnən yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Böyük musiqiçilər nəslinin layiqli davamçısı Vasif Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duyub. Müxtəlif illərdə bəstələdiyi opera, simfoniya, simfonik poema, fortepiano, skripka, violençel üçün konsertləri, oratoriya və musiqili komediyaları Vasif Adıgözəlova böyük şöhrət gətirib. Onun yaradıcılığı irihəcmli əsərlərlə yanaşı, populyar mahnı janrının gözəl nümunələri ilə də zəngindir.
//azertag.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol