• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimin nəzəriyyəsi Facebook-da yeni eraya qədəm qoyur

Azərbaycanlı alimin nəzəriyyəsi Facebook-da yeni eraya qədəm qoyur
29.03.2015 13:34
Bir milyard yarımdan çox istifadəçisi olan Facebook sosial şəbəkəsi artıq yeni eraya qədəm qoyur. 

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Facebook-un rəhbəri Mark Zukerberqin rəsmi səhifəsində yerləşdirilən məlumata görə, dünyanın ən böyük sosial şəbəkəsində tətbiq olunacaq bir sıra yeniliklər süni intellekt vasitəsilə həyata keçiriləcək.

Şirkətin yaxın gələcəkdə tətbiq edəcəyi proqramda süni intellekt vasitəsilə video və şəkillərdəki təsvirləri izah etmək mümkün olacaq. Yəni istifadəçi videoda nəyin təsvir olunduğunu yazılı formada ekranda görəcək.

Facebook-un Süni İntellekt Laboratoriyasının direktoru Yan Lekun müsahibəsində süni intellektin əsasında duran laylı neyron şəbəkəsi texnologiyasını "dünyanı təsvir etməyi öyrənən maşınlar” kimi izah edir. Onun sözlərinə görə, mürəkkəb laylı təhlil sisteminə əsaslanan bu texnologiya foto və videolardakı təsvirlərin izahını verə bilir. İstifadəçi tanımadığı bir heyvan fotosunu görürsə, sistem onun adını, hansı ərazilərdə yaşadığını, necə qidalandığı və s. haqqında məlumatlar çatdıracaq. Bu özəlliyinə görə onu həm də "dərindən öyrənmə” sistemi də adlandırırlar.

Süni intellekt nəzəriyyəsinin banilərindən və onu inkişaf etdirən şəxslərdən biri də əslən azərbaycanlı alim Lütfi Zadədir. Sosial şəbəkədə tətbiq olunacaq yeniliklər də öz mənbəyini həmin nəzəriyyədən götürür.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol