• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka kreditlərində yenilik

İpoteka kreditlərində yenilik
31.03.2015 10:40
"Mərkəzi Bank tərəfindən ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Həmin təkliflər yaxın vaxtda təqdim olunacaq”.

Bu barədə Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov ipoteka proqramına ediləcək dəyişikliklərlə bağlı açıqlamasında deyib. O, təkliflər paketində iki mühüm yeniliyin olduğunu diqqətə çatdırıb:

"Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin artırılması nəzərdə tutulub. Güman olunur ki, ipoteka kreditlərində maksimum məbləğ 50 mindən 75 min manatadək artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100  faizlik ipoteka kredit əldə edə biləcək”.

Vüqar Bayramov təkliflər paketindəki ikinci mühüm yeniliyin regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin artırılmasından ibarət olduğunu bildirib:

"Bu gün regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var. Eyni zamanda, regionlar ipoteka kreditlərindən tam olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka kreditlərinə limitlərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Həmin limitlər daxilində ipoteka kreditinin təqdim olunması planlaşdırılıb. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Sonda bir daha qeyd edim ki, ipoteka proqramına edilən dəyişikliklər - maksimum məbləğin artırılması və gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsindən, eyni zamanda, regionlar üçün ipoteka kreditlərinin müəyyənləşdirilməsindən ibarət olacaq”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol