• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə kütləvi şəkildə “kupça” paylayır

Komitə kütləvi şəkildə “kupça” paylayır
07.04.2015 17:07
Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi və hər ay ardıcıl davam etdirdiyi "kütləvi çıxarış” kampaniyasını yeni formatda növbəti dəfə Beyləqan rayonunda həyata keçirib.

Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.

Komitənin məlumatına görə, kampaniya çərçivəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər uzaq kənd və qəsəbələrdə, eləcə də respublikanın ucqarlarında rahat və çevik şəkildə əhaliyə çatdırılır. Kampaniya çərçivəsində budəfəki yenilik artıq fiziki məhdudiyyətli vətəndaşların kampaniyadan birbaşa öz evlərində faydalana bilməsidir. Belə ki, dövlət reyestrindən çıxarışlar belə vətəndaşlara birbaşa onların mənzillərində təqdim olunub və əvvəlki illərdə verilmiş qeydiyyat sənədləri də qəbul edilib.

Qeyd edək ki, bu kampaniya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Komitənin zəruri müasir avadanlıqlarla təchiz edilmiş xüsusi nəqliyyat vasitələrində vətəndaşlara qeydiyyat xidmətləri yerlərdə göstərilir. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir.

Bu dəfə Beyləqan rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 100-ə yaxın vətəndaşdan əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, indiyədək kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallı və Zaqatalada həyata keçirilib. Kampaniyadan bu günədək ümumilikdə 3000-ə yaxın vətəndaş faydalana bilib. Kampaniya respublikanın bütün şəhər və rayonları üzrə qarşıdakı dövrdə də davam etdiriləcəkdir.

Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. Belə ki, Fərmana əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər hüquq təsdiq edən sənədlər kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.

Məlumat üçün bildirək ki, daşınmaz əmlakın qeydiyyatı sayı ötən il rekord həddə çataraq 205,2 min olub. Bu say isə 2013-cü ilə nisbətən 15,9% artıqdır. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib. 2014-cü ildə 58 min əmlak ilkin qeydiyyatdan keçərək sənədləşdirilib. İlkin qeydiyyatda bu indiyədək müşahidə olunan ən yüksək göstəricidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol