• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məhkum öz qulağını kəsib yedi

Bakıda məhkum öz qulağını kəsib yedi
10.04.2015 22:49
"Kürdəxanı təcridxanasında məhkumun qulağını kəsiblər”. 


"Qafqazinfo” xəbər verir ki, "Turan” agentliyi vəkil Elmar Süleymanova istinadən belə bir məlumat yayıb.

Xəbərdə bildirilir ki, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan 33 yaşlı Hünər Cəfərov martın 20-də DİN-in Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, ayın 22-də isə məhkəmə onun işgəncəyə məruz qoyulduğu haqda bəyanatına məhəl qoymadan onu həbs edib.

Məhkəmənin Cəfərovun istintaq təcridxanasına köçürülməsi haqqında qərarına baxmayaraq, o, Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsində, daha sonra isə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılıb. Burada da ona fiziki təzyiq göstərilib.

Vəkil deyib ki, sonradan polisdə müxtəlif məlhəm və kremlər sürtərək məhbusun bədənindəki zorakılıq izlərini gizlətməyə çalışıblar. İstintaq təcridxanasının həkimi isə çoxsaylı zorakılıq izlərinə baxmayaraq Cəfərovun yalnız gözünün altında göyərmə qeydə alıb.

Bu gün Nəsimi Rayon Məhkəməsində isə vəkil Süleymanov məhbusun qulağının bir hissəsinin kəsildiyini görüb.

Bu məlumatı virtualaz.org-a şərh edən Penitensiar Xidmətin mətbuat xidməti isə məhkuma fiziki təzyiq göstərilməsi və ona işgəncə verilməsi barədə yayılan xəbərləri təkzib etdi.

Məlumata görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü məhkum, indiyədək üç dəfə həbsxanada yatmış Hünər Abbasəli oğlu Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib. H.Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə isə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbs edilib. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib. H.Cəfərov dördüncü dəfə də narkotiklə tutulub.

H.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmənin bu qərarından narazı qalan H.Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib. Lakin o, qulağının bir parçasını yerə atmayıb, böyük Van Qoqdan fərqli olaraq onu nümayişkaranə şəkildə yeyib.

Penitensiar Xidmətin mətbuat xidmətindən onu da əlavə etdilər ki, bu, məhkumların öz etirazlarını belə vəhşi üsullarla bildirməsinə dair ilk belə fakt deyil.

Bundan əvvəl digər məhbus Camal Bayram oğlu Əliyev də bu il fevralın 27-də Biləsuvar müvəqqəti saxlama təcridxanasında öz barmağının bir hissəsini dişləyib qopararaq yemişdi.

Başqa ölkələrin türmə həyatında da məhkumların məhkəməyə və ya istintaqa təzyiq göstərmək, etirazlarını ifadə etmək üçün belə vəhşi üsullara əl atmasına dair nümunələr çoxdur. Mətbəx əşyaları - qaşıq, çəngəl, hətta bıçaq udan, damarlarını kəsən məhkumlar haqda çox eşitmişik. Amma Cəfərovla Əliyevin orta əsrləri xatırladan etiraz və təzyiq üsulları doğrudan da şok yaradır.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol