• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-2015 ilə bağlı yeni qadağalar - SİYAHI

Bakı-2015 ilə bağlı yeni qadağalar - SİYAHI
14.04.2015 15:27
Bu gün Milli Məclisin Sosial Siyasət, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, iclasda "Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliklər I Avropa Oyunları ilə bağlıdır.

AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, sözügedən qanuna dəyişikliklərdə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizlik və asayişin təmin edilməsi məsələləri öz əksini tapıb.

Qeyd edək ki, bu dəyişikliyin adıçəkilən qanunun 40-cı maddəsinin 1-ci bəndinə salınacağı nəzərdə tutur.

İdman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, sifətini maska ilə gizlədənlər, şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edənlər Avropa Oyunlarına buraxılmayacaqlar.

Həmçinin bütün növ alkoqollu içkilər, narkotik vasitələr, psixotrop maddələr, silahlar, onların ayrı-ayrı hissələri, partlayıcı maddələr, döyüş sursatları gəzdirən insanlar da məsuliyyətə cəlb ediləcək.

Qanun layihəsində kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulan yerlərdə açıq dolu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkiləri qəbul etmək, narkotik vasitələrdən istifadə etmək qadağan olunur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol