• $
  • €
  • ₽
  • ₺
  • £

Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək

Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
29.05.2020 08:53
Azərbaycanda ölüləri yeni qaydalarla basdıracaqlar. Özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması ilə bağlı bağlı Nazirlər Kabineti müvafiq qərar verəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə artıq yeni sənəd hazırdır. Qəbristanlıqlar bələdiyyələrin tərkibində yaradılacaq qrumlar tərəfindən idarə olunacaq.

Yeni qaydalara görə, təzə qəbristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər.
Hər bir məzarın ümumi sahəsinin 5 kvardrat metr olacağını deyib. Məzarın içi 1 metr, uzunluğu isə 2 metr, baş daşının hündürlüyü 60 sm, eni 40 sm kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 sm kimi nəzərdə tutulub.

Lakin burada da bir çox suallar açıq qalıb. Sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.
Azərbaycanda dünyasını dəyişən insanların dəfni ilə bağlı bütün xərclərin dövlət və bələdiyyələr tərəfindən ödənilməsi təklif edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hələ ötən il qəbirin yerləri icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verildiyini deyib. "Ancaq qəbirin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər".
Dini baxımdan da dəbdəbəli dəfnlər, qəbrlər məqbul hesab edilmir. İlahiyyat çı İsmayıl Əhmədovun sözlərinə görə, yeni qaydaların ən əsası israfçılığın qarşısını alacağını düşünür. O qeyd edib ki, əslində qəbr yerlərinin pulla satılması məsələsi də bununla öz həllini tapacaq.”Bu məsələ dində öz əksini tapmsada, qəbrin pöulla satılmaması məsləhətdir. Düzdür bəzən özəl qəbristanlıqlara qulluq məqsədi ilə cüzi haqq alına bilər. Bundan isə məzarlığa xidmət, təmizliyin qorunması üçün istifadə edilə bilər”.
Qanunun geriyə işləmə qüvvəsi olmadığından qəbul ediləcək yeni qaydalar indiyədək tikilən qəbrlərə aid edilməyəcək. Qaydaların tətbiqinə isə bu ilin ikinci yarsından başlanması nəzərdə tutulur.

Qəbristanlıqlarda olan ikinci bir pqroblem isə natəmizliklə bağlıdır. Ölülərini ziyarət etmək üçün gələnlər bəzi məzarlıqlardakə vəziyyətin ölənlərin ruhuna təhqirdən başqa bir şey olmadığını deyirlər. //anspress.com


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol