• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn ay ipoteka ilə bağlı dəyişiklik ediləcək

Gələn ay ipoteka ilə bağlı dəyişiklik ediləcək
11.08.2015 10:25
İpoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yeniliklərin tətbiq olunacağı tarix açıqlanıb.

ANS TV-nin məlumatına görə, Mərkəzin Bankın elan ediyi ipoteka yenilikləri bu ilin payızında qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. 

Parlament isə bu məsələyə payız sessiyasında, sentyabrda baxacaq. Banklar ümid edirlər ki, bu proses sürətli olacaq.

"İpoteka haqqında qanuna dəyişiklik olmalıdır. Bu, ipotekanın faizi, həcminin artırılmasını nəzərdə tutan dəyişiklikdir. Bu prosesdə banklar bir növ vasitəçi rolunu oynayır”, - deyə Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib.

İlkin məlumatlara görə, dəyişikliklər ipotekanın maksimum məbləğinin indiki 50 manatdan 100 manata qalıdırlmasını, faizlərin isə adi ipotekada 6%-ə, sosial ipotekada isə 3%-ə endirilməsini nəzərdə tutur.

Digər kreditlərin faizlərinə gəlincə, ilin sonuna kimi burda da eniş ola bilər. Amma bankirlər bəzi problemlərinin həll olunmasını vacib sayır.

"Məhkəmə proseslərinin daha sadə olması, girovun reallaşdırılmasının sürətlənməsi risk marjasını və vəsaitin maya dəyərini aşağı salır. Əgər ilin sonuna kimi bununla bağlı qanunvericiliyə dəyişiklik edə bilsək, onda indikindən də aşağı həddə olacaq”, – deyə Zakir Nuriyev qeyd edib.

Hazırda Mərkəzi Bank istehlak kreditləri üçün maksimum 29%, mikro kreditlər üçün 25% yuxarı hədd müəyyən edib. Bu qərar bank rəhbərləri ilə birgə keçirilən görüşdə verilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol