• $
  • €
  • ₽
  • ₺
  • £

Bir qrup həkim jurnalistləri təhqir etdi - FOTOLAR

Bir qrup həkim jurnalistləri təhqir etdi - FOTOLAR
13.08.2015 10:27
Facebook-da fəaliyyət göstərən "Modern Doctors of Azerbaijan" qrupunda bir neçə gün öncə döyülən, daha sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə sosial şəbəkələrdə həkimləri tənqid edən jurnalistlər haqda xoşagəlməz sözlər yazılıb. 

azxeber.com saytı xəbər verir ki, qrupda yalnız tibb işçiləri, həkimlər olur və müzakirələr aparılır. Həkim Natavan Ramazanzadə qrupda yazdığı status isə sosial şəbəkədə yayımlanıb. Həkim "xəstəxanada xəstə ölər də" yazıb və jurnalistin ölümünü normal qarşıladığını bildirib. Bu statusa həkim Nurlan İbrahimli isə təhqiredici şərh yazıb. O jurnalistleri "zurnalist" adlandırıb.

Digər həkim Kamil Quluzadə isə daha da irəli gedərək jurnalistləri "şərəfsiz" adlandırıb. 

Sayt məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu statusu yazan Natavan Ramazanzadə Azərbaycanda Tibb Universitetini, Türkiyədə isə Çukurova Univerisetitində təhsil alıb və hazırda baş-boyun cərrahı kimi fəaliyyət göstərir.

Jurnalisti təhqir edən Nurlan İbrahimli də Azərbaycan Tibb Universitetində təhsil alıb.

Digər həkim Kamil Quluzadə isə Quba Müalicə Diaqnostika Mərkəzində həkim - cərrah olaraq fəaliyyət göstərir. 

Həkimlərin gizli qrupunda bu cür yazışmasının olması bir daha Azərbaycanda səhiyyənin durumunu və bəzi həkimlərin xəstələrə münasibətini ortaya qoyur.

Jurnalistləri təhqir edən həkim Nurlan İbrahimliyə isə xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev jurnalistin məsələsini şəxsi nəzarətinə götürüb və Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. 

Mərhum jurnalisti təhqir edən həkimlərin yazışmasını və fotolarını təqdim edirik:

 
 

 
 
 
 
 
 
 
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol