• $
  • €
  • ₽
  • ₺
  • £

I siniflərdə dərslərin 1 saat geç başlanılması təklif edilir

I siniflərdə dərslərin 1 saat geç başlanılması təklif edilir
13.08.2015 18:10
Azərbaycanda bütün ölkə üzrə orta məktəblərin I siniflərində dərs saatlarının digər siniflərlə müqayisədə yarım saat və ya 1 saat geç başlanılması təklif edilir.

Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Trend-ə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı bütün ölkədə qayda tətbiq edilməli və Təhsil Nazirliyi tərəfindən vahid reqlament təsdiq olunmalıdır.

İbtidai siniflərin I növbədə dərs keçdiklərini və bunun da pedaqoji tələblərə uyğun olduğunu deyən Ə.Ağayev deyib ki, dərslərin I növbədə bir qədər gec başlanılması I siniflərin təhsilinə daha səmərəli təsir göstərə bilər: "Əgər məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır. I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar”.

Ə.Ağayev hesab edir ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər.

Şura sədrinin sözlərinə görə, hazırda ölkədə çox az sayda məktəb I siniflərdə dərsləri digər siniflərdən bir qədər geç başlayırlar: "Həmin məktəblər də bunu daha çox valideynlərin tələbi ilə edir və bununla bağlı məktəbin daxili Pedaqoji Şuraları qərar verir".

TN-dən isə Trend-ə bildirilib ki, hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur.

Nazirlikdən əlavə edilib ki, məktəblər bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində dərslərin bu amilləri nəzərə almaqla, bir qədər geç başlanılması mümkündür.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol