• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit qalmaqalı ilə bağlı daha bir iş adamı axtarışa verilib

Kredit qalmaqalı ilə bağlı daha bir iş adamı axtarışa verilib
14.08.2015 15:00
Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı iş adamı axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Azərbaycan Consaltinq Qrup”,  "PNN Group” və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N. Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.
 
Qeyd edək ki, Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur.
 
Xatırladaq ki, Nəsib Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.
 
Vəkil Kamandar Nəsibov APA-ya açıqlamasında bildirib ki, həmin işlə bağlı tutulan iş adamları Adil Hüseynov, Adil Mikayılov, Erhan Cavad  Yavuz və Ratmir Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
 
K. Nəsibov həmçinin iş adamı Nəsib Piriyevin axtarışa verilməsi xəbərini təsdiqləyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol