• $
  • €
  • ₽
  • ₺
  • £

Ölən jurnalistin həkimi haqda RƏSMİ AÇIQLAMA

Ölən jurnalistin həkimi haqda RƏSMİ AÇIQLAMA
14.08.2015 22:00
Səhiyyə Nazirliyi (SN) Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyevin bundan əvvəl də bir neçə xəstənin ölümünə səbəb olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətindən report-un sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi həkim Saday Əliyevlə bağlı quruma heç bir şikayət daxil olmayıb: "Həkimlə bağlı müzakirə və ya araşdırma konkret fakt və şikayət olarsa aparılır".

Nazirlik R.Əliyevin ölüm işi ilə bağlı professor Saday Əliyevin işdən uzaqlaşdırılacağı barədə iddialara da münasibət bildirib: "Yalnız araşdırmaların nəticələri müəyyənləşdirildikdən sonra həkimin işindən kənarlaşdırılması barədə qərar verilə bilər".

Xatırladaq ki, R.Əliyevin ölüm işi ilə bağlı futbolçu Cavid Hüseynov da daxil olmaqla, onun bibisi oğlu Elşən İsmayılov və Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, eləcə də Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol