• $
  • €
  • ₽
  • ₺
  • £

Güləşçimiz erməni rəqibini məğlub etdi - Video

Güləşçimiz erməni rəqibini məğlub etdi - Video
17.08.2015 09:12
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının mətbuat mərkəzindən ANS PRESS-ə daxilolan məlumata görə, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran güləşçisi ilə gərgin keçən görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşə çıxıb. Rəqibini 4:2 üstələyən Arif Hüseynov Dünya çempionatının bürünc medalına sahib olub.

60 kq-da yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardınca Ukrayna və Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda İranlı rəqibinə uduzub. Cahid bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

96 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxstan təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə İran təmsilçisinə də şans verməyən Nurməhəmməd Hacıyev Dünya çempionatının qızıl medalına yiyələnib.

50 kq
1/8 final - Yura Eiji (JPN) - Arif Hüseynov 4:12
1/4 final - Arif Hüseynov - Kubaniçbek Taştanbekov (KGZ) 7:0
1/2 final - Arif Hüseynov - Alireza Goodarzi (İRİ) 5:6
Bürünc medal görüşü - Razmik Misakyan (ARM) - Arif Hüseynov 2:4

60 kq
1/16 final - Qaqik Akulyan (ARM) - Cahid Həsənzadə 0:10
1/8 final - Cahid Həsənzadə - İvan Bileyçuk (UKR) 9:6
1/4 final - Cahid Həsənzadə - Dzianis Maksimau (BLR) 5:0
1/2 final - İman Sadegikoukandeh (İRİ) - Cahid Həsənzadə 10:6
Bürünc medal görüşü - Hacımurad Rəşidov (RUS) - Cahid Həsənzadə 11:0

74 kq
1/16 final - Ayub Barraj (TUN) - Murad Süleymanov 0:10
1/8 final - Mark Hall (USA) - Murad Süleymanov 8:3

96 kq
1/8 final - Georgi Gogaev (RUS) - Nurməhəmməd Hacıyev 1:5
1/4 final - Nurməhəmməd Hacıyev - Taponi Heino Jere (FİN) 10:0
1/2 final - Bakdaulet Almentay (KAZ) - Nurməhəmməd Hacıyev 0:7
FİNAL - Nurməhəmməd Hacıyev - Seyyed Hosseni (İRİ) 7:2

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.
 
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol