• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat Nazirliyi: İmkan verməyəcəyik

Nəqliyyat Nazirliyi: İmkan verməyəcəyik
18.08.2015 09:12
Bu tədbirlərin görülməsində məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır.

Lisenziyası olmayan taksilərin fəaliyyətinə son qoyulacaq.

ANS TV-nin məlumatına görə, şəxsi avtomobillərindən taksi kimi istifadə edən sürücülərə Nəqliyyat Nazirliyi xəbərdarlıq edib. Lisenziyasız fəaliyyət göstərən taksilərin şəhərdə fəaliyyətinə imkan verilməyəcək.

Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə şəxsi vətəndaşların taksi fəaliyyətilə məşğul olması qadağan edilir. Paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobilləriylə taksi xidməti göstərə bilməyəcəklər.

Lisenziyası olmayan sürücülərin fəaliyyətinə birdəfəlik qadağa qoyulacaq. Onlara insanların sıx olduğu ərazilərdə dayanmalarına belə icazə verilməyəcək. 

Nəqliyyat nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, əsasən "Həzi Aslanov”, "Əhmədli”, "Neftçilər”, "Xalqlar dostluğu”, "Qara Qarayev”, "Koroğlu”, "Gənclik”, "28 May”, "Xətai”, "İçərişəhər”, "Sahil”, "Azadlıq prospekti”, "20 Yanvar” metro stansiyaları yaxınlığı və "Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib.

Tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Yalnız "London taksiləri” fəaliyyət göstərəcəklər.

Metro stansiyalarının yaxınlığında taksilər üçün duracaqların qurulmasına başlanılıb. Bütün bu tədbirlərin görülməsində məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır.

Namiq Həsənovun sözlərinə görə, "London taksiləri” ilə yanaşı lisenziya alaraq fərqlənmə nişanına görə ödəməni həyata keçirən və standarta cavab verən, hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq taksi xidmətindən fəaliyyət göstərəcək. Məqsədimiz isə mövcud olan qaydasızlığın, avtobus dayanacaqlarının zəbt olunmasının qarşısını alsın. Yəni taksi yalnız onun üçün müəyyən olunmuş yerdə dayanmalıdır”. 

Odur ki, ehtiyatı əldən verməyin. Əks halda paytaxt ərazisində taksi kimi fəaliyyət göstərə bilməyəcəksiniz.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol