• $
  • €
  • ₽
  • ₺
  • £

Cavid Hüseynovun vəkili: "Avropa Şurasının baş katibi istintaqa təzyiq edir"

Cavid Hüseynovun vəkili: "Avropa Şurasının baş katibi istintaqa təzyiq edir"
29.05.2020 07:13
"Təəssüf hissi ilə qeyd etməliyəm ki, mərhum Rasim Əliyevin jurnalist peşəsi ilə əlaqədar deyil, məişət zəminində baş vermiş davada ölməsi faktını, bir sıra yüksək çinli şəxslər hüquqi savadsızlıqdan və ya hansısa maraqlardan irəli gələrək siyasiləşdirməyə cəhd edirlər. Bu da istintaqa təzyiq göstərərək, müdafiəçisi olduğum Cavid Hüseynovun vəziyyətinin ağırlaşmasına və istintaqın qabaqcadan bəlli olan istiqamətə meyllənməsinə səbəb olur. Bunların içərisində Avropa Şurasının baş katibi Tyorborn Yaqland kimi nüfuzlu bir şəxsin bəyanatı xüsusilə təəssüf doğurur".

"Report"un məlumatına görə, bunu "Qəbələ" futbol klubunun sabiq kapitani Cavid Hüseynovun vəkili Adəm Məmmədovun bildirib.

O qeyd edib ki, hələ ibtidai istintaqın getdiyi bir dövrdə və hadisələrin əsl motivlərinin tam bilinmədiyi bir mərhələdə, məsələni məhz "jurnalist ölümü" kimi səciyyələndirən Avropa Şurasının baş katibinin yüksək tribunalardan hadisə tərəflərindən yalnız birinin mövqeyinə uyğun bəyənatlar səsləndirməsi istintaq orqanlarının psixoloji təzyiq altında fəaliyyət göstərmələrinə səbəb olur: "Mən cənab Yaqlandın belə məsuliyyətsiz və tələsik davranışını yalnız onun ixtisasca iqtisadçı olması və hüquqi bilgilərinin lazımı səviyyədə olmaması ilə əlaqələndirirəm. Əks halda, o bilməli idi ki, onun Avropa Şurasına üzv dövlətlərin məhkəmə-hüquq sisteminə təzyiq edən belə bəyənatları, qulluq səlahiyyətlərinin aşılması faktıdır və bütün beynəlxalq hüquq normalarının ("Ümumdünya İnsan Haqları Bəyannaməsi"nin 7 və 11-ci maddələrinin, BMT-nin "Mülki və Siyasi Hüquqlar Haqqında” Paktının 14.1 və 14.2 maddələrinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyanın 6.1 və 6.2 maddələrinin; və nəhayət Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin) onun tərəfindən kobud surətdə pozulması halıdır.

Onun bu davranışının, hüquqlarını müdafiə etdiyim şəxsin istintaqına təzyiq göstərdiyini və vəziyyətinin ağırlaşmasına səbəb olduğunu, eləcə də onun gələcək professional karyerasına əhəmiyyətli ziyan vurduğunu nəzərə alaraq, Tyorborn Yaqlandın məhkəməyə verilməsi ilə bağlı lazımi sənədlərin toplanmasına başlamışam".

A.Məmmədov əmin olduğunu bildirib ki, jurnalist Rasim Əliyevin ölümü hərtərəfli araşdırılacaq və günahkarlar öz layiqli cəzalarını alacaqlar.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol