• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı oldu

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı oldu
18.08.2015 16:06
Layihə müsabiqəyə "Thornton Tomasetti" şirkəti tərəfindən təqdim edilib

"Engineering News Record" jurnalı (ENR) dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlayıb. "Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu ilin martında "Bakı-2015" I Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunub.

Layihə müsabiqəyə "Thornton Tomasetti" şirkəti tərəfindən təqdim edilib.

Bakı Olimpiya Stadionu SOCAR-ın baş podratçılığı ilə inşa edilib. "Bakı-2015" ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin yüngül atletika yarışları bu stadionda keçirilib.

Qeyd edək ki, artıq üçüncü dəfədir ki, ENR jurnalı dünyanın ən yaxşı inşaat və dizayn layihələri müsabiqəsini keçirir. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınır. Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer alıb.

Qalib gəlmiş layihələr və münsiflər haqqında geniş məlumat "Engineering News Record" jurnalının sentyabrın 7-də buraxılacaq sayında dərc olunacaq. Sentyabrın 10-da Nyu Yorkun "Grand Hyatt" otelində keçiriləcək təntənəli mərasimdə isə qalib layihələr arasından ''ENR İlin Ən Yaxşı Ümumdünya Layihəsi" seçiləcək. Bakı Olimpiya Stadionu layihəsinin bu nüfuzlu mükafatı alma ehtimalı böyükdür. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol