• $
  • €
  • ₽
  • ₺
  • £

Gündüzlər Dənizkənarı bulvarda işıqlar nə üçün yanılı qalır? - SƏBƏBİ+FOTOLAR

Gündüzlər Dənizkənarı bulvarda işıqlar nə üçün yanılı qalır? - SƏBƏBİ+FOTOLAR
19.08.2015 11:30
Küçələrin, prospektlərin işıqlandırılması, hətta zövqlü dirəklərin ucaldılması xoşagələn haldır. Gecə vaxtı lampaların yanması həm əraziyə nur paylayır, həm də daha gözəl görsənir.

Amma bəzən gündüz vaxtlarda çıraqların yandığının şahidi oluruq. Təəssüf ki, israfçılıq kimi qəbul edilən bu halla ANN.Az fotoreportyoru Dənizkənarı Bulvar ərazisində də rast gəlib. Fotolar səhər saat 10 radələrində kameranın yaddaşına köçürülüb. Fotolardan göründüyü kimi, lampalar söndürülməyib. Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova müraciət etdik. 

Nazim Məcidov bu kimi halların bulvar ərazisində vaxtaşırı baş verdiyini təsdiq edib: "Bizim elektrik briqadası nasazlıq, bulvar boyu ərazidə lampalar xarab olduqda işıqları işlək vəziyyətdə saxlayırlar ki, həmin o lampaların yerini təyin edib, onları dəyişsinlər. Bu hal bizdə vaxtaşırı olur. Çünki lampalar bir müddətdən sonra xarab olur, onları axşama qədər dəyişmək lazım gəlir". 

İdarə rəsmisi onu da qeyd edib ki, səhər saatlarından bütün bulvar ərzisində işıqlar yanmır: "Bu durum yalnız bulvar ərazisinin bir hissəsində ola bilər. Bulvarın işıqlanması hissə-hissə olduğundan (yəni bir neçə metr əraziyə qədər olan hissə) mümkün deyil ki, səhər saatlarında bulvarın bütün ərazisində işıqlar yansın. Bir daha vurğulayıram ki, işıqların yanması yalnız bir hissədə ola bilər. Bu planlaşdırılmış işdi, yəni biz proflaktik tədbirləri görmək üçün səhər saatlarında öz işimizi görmək üçün işıq dirəklərində lampaları yanıq saxlayırıq".

Orxan Aslanlı
Fotolar Fərqanə Novruzovanındır
 
 
























www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol