Səfirlik: "Balıqçıların harada olması ilə bağlı hazırda heç bir məlumat yoxdur"

"İranın müvafiq qüvvələri Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçıların axtarışı üçün səfərbər olub".
Bu barədə "Report"un sorğusuna cavab olaraq İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirlikdən bildiriblər ki, axtarışlar davam edir: "Lakin balıqçıların harada olması ilə bağlı hazırda heç bir məlumat yoxdur".
Diplomatik nümayəndəlikdən onu da bildiriblər ki, bəzi KİV-lərdə azərbaycanlı balıqçıların İran hüquq-mühafizə orqanları tərəfindən tutulması xəbəri düzgün deyil.
Qeyd edək ki, ötən həftə Pirallahıdan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 neftçalalı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi