• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər Rasim Əliyevin qətli ilə bağlı bəyanat yayıb

Jurnalistlər Rasim Əliyevin qətli ilə bağlı bəyanat yayıb
19.08.2015 18:10
Bir qrup müstəqil jurnalist RATİ-nin əməkdaşı və uzun illər fotoreportyor kimi çalışan Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda"Qəbələ" FK-nın oyunçusu Cavid Hüseynovla baş verən anlaşılmazlıqdan sonra onun qohumları tərəfindən döyüldü və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişdi bildirilir.

Bəyanatda Monitor jurnalının redaktoru Elmar Hüseynov, Yeni Müsavat qəzetinin foto müxbiri Alim Kazımov, Rafiq Tağının qətllərinə də toxunulur və bugündək qatillərin tapılmadığı vurğulanır.

Amma bəyanatdda qeyd olunur ki, əslində Rasim Əliyevin qətli bunlardan fərqlidir və onundöyülməsinin video görüntüləri, telefon danışıqları və mesajlar olduğundan məsələ aydındır.

Bundan başqa mərhumun ölümündən əvvəl verdiyi son video müsahibələr də qatillərin cəzalandırılması üçün yetərli dəlildir-deyə bəyanatda bildirilir.

Bəyanatda daha sonra deyilir:

"Təəssüf ki, biz bu qədər aydın məsələdə, hədəfin israrla Cavid Hüseynovun üzərindən yayındırıldığını görürük. Hətta bəzi "həmkarlarımız" da onun zaminə buraxılması üçün müraciət ünvanlayıblar. Həm də demokratik hüquqi dövlətdə həbs qəti imkan tədbirinin dəyişdirilməsinə məsul olan məhkəmələrə deyil, məhz Azərbaycan Prezidentinə müraciət ediblər. Görünür Rasim Əliyevin qətlinin Prezident tərəfindən nəzarətə götürülməsi bəzi dairələri narahat edir və onların sifarişi ilə hərəkət edənlər bir insanın faciəsi üzərindən oyun oynamaqda davam edirlər. Cavid Hüseynovun şəhid atasına hörmət edənlər, yeganə oğlan övladını "harınlamış təpiklərə" qurban verən Rasim Əliyevin valideyinlərinə niyə hörmət eləməsinlər ki? Yaxşı futbolçunun karyerasını düşünənlər, yaxşı bir jurnalist, tərbiyəli və nümunəvi bir vətəndaşın arxada gözü yaşlı nişanlısını qoyaraq gənc yaşında dünyasını dəyişməsindən niyə narahat olmasınlar?”-deyə bəyanatda bildirilir.

Bəyanatda daha sonra qeyd edilir ki, biz müstəqil jurnalistlər olaraq ictimaiyyətə, Rasim Əliyevin qətlində günahkar olanlar, istintaq orqanları və istintaqı şəxsən nəzarətə götürən Azərbaycan Prezidentinə müraciət edirik.

Bəyanata qoşulanlar Rasim Əliyevin döyülməsində iştirak edənlər, xəstəxanada səhlənkarlığa yol verən həkimlər, Rasim Əliyevin müraciətlərinə baxmayaraq hadisəyə hüquqi qiymət vermək üçün gec gələn hüquq mühafizə orqanları əməkdaşlarının müəyyənləşdirilməsi və cəzalandırılmasını tələb edirlər.

Bəyanatda bildirilir ki, bu qətlin açılması artıq Azərbaycanın şərəf məsələsidir. Azərbaycanın istintaq orqanları göstərməlidir ki, Azərbaycan "güc" və "zor" aparati yox, məhz hüquq dövlətidir və burda kimliyindən asılı olmayaraq heç bir cinayətkar cəzasız qalmayacaq.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol