• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan İstanbula qatarla getmək mümkün olacaq

Bakıdan İstanbula qatarla getmək mümkün olacaq
20.08.2015 09:36
Gələn ildən Türkiyə istiqamətinə üz tutanlar artıq qonşu ölkəyə qatarla həm rahat, həm də sərfəli getmək şansı əldə edəcəklər.

ANS PRESS-in məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yol xəttilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, artıq bununla bağlı danışıqlar yekunlaşıb və vaqonlar sifariş olunub. Sözügedən qatarlarda sərnişinlərin rahatlığı üçün ən yüksək şəraitin qurulacaq. Vaqonlar Azərbaycana 2016-cı ildə gətiriləcək. Qatarlar bir mərtəbəli olacaq.

Müasir standartlara uyğun bütün şəraitə malik olacaq qatarlarda "Wi-Fi” sistemilə yanaşı, bir sıra başqa yeniliklərin də olacağı istisna olunmur. Sərnişinlər Bakıdan Qarsa bir günə gedə biləcəklər.

"2016-cı ildə 30 vaqon Azərbaycana gətiriləcək. Həmin vaqonlar qatar şəklində Bakı–İstanbil arasında işləyəcək. Hazırda danışıqlar hələ də davam etdirilir. Biz çalışırıq ki, bu istiqamətdə işlərimizi daha da tezləşdirək”, – deyə Nadir Əzməmmədov bildirib.

Yükdaşımada da yeniliklərin olacağı istisna edilmir. Bu ilin sonuna kimi Bakı-Tbilsi-Qars xəttilə artıq yüklərin də daşınmasına başlanılacaq. Bu istiqamətdə son tamamlama işləri aparılır. 2015-ci ilin sonlarında ilk qatarlar Türkiyə sərhədinə gedib çıxacaq. Həmçinin yeni körpünün inşası da aparılır.

İşlər yekunlaşandan sonra bu dəmir yolu xətti ilə 5 və ya 6 milyon yükün daşınması nəzərdə tutulur. Sonrakı illərdə isə 15 milyona qədər yükün daşınması planlaşdırılır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol