• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlikdən yandırılan qaçqın sığınacağı ilə bağlı - Açıqlama

Səfirlikdən yandırılan qaçqın sığınacağı ilə bağlı - Açıqlama
29.05.2020 03:56
Xəbər verdiyimiz kimi, bu gün Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın olub. 

Məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi açıqlama yayıb. 

"Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

"Səfirliyimizin Oberpfalts Baş Polis idarəsindən əldə etdiyi məlumata görə, yanğının baş verdiyi binada cəmi 19 nəfər olmaqla, 10 nəfər Azərbaycan, 2 İran, 2 Ukrayna, 2 Kosovo, 2 Ermənistan, 1 Konqo vətəndaşı məskunlaşmışlar. Bunlardan 3-nün isə azyaşlı uşaq olduğu qeyd olunub. Oberpfalts Baş Polis idarəsinin Baş polis komissarı cənab Mixael Rebelenin verdiyi məlumata görə, yanğın bu gün təqribən saat 03.20 radələrində baş verib, binada yaşayan iranlı şəxs öncə, qonaq üçün nəzərdə tutulmuş otaqda yanğın tüstüsü hiss edib, daha sonra oradan iki nəfər şəxsin qaçdığını görüb. Daha bir nəfər qaçan şəxsləri binanın qarşısında gözləyib. 

Oberpfalts Baş Polis idarəsi yanğın nəticəsində bina sakinlərindən heç birinin xəsarət almadığını, yalnız binanın 1-ci mərtəbəsinə dəyəri yüzlərlə avro məbləğində maddi ziyan dəydiyini dilə gətirib. Sözügedən idarədən verilən məlumata görə, yanğının baş verməsindən dərhal sonra, hələ gecə ikən hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi istintaq qrupu yaradılıb və işin istintaqı hazırda davam edir.

Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Herman hadisənin ksenofobiya zəmnində törədildiyini istisna etməyərək, məsələnin araşdırılması üçün əlindən gələni edəcəklərini bildirib. 

Səfirliyimiz məsələni diqqətdə saxlayır və yanğın hadisəsinin obyektiv surətdə araşdırılması üçün AFR hüquq-mühafizə orqanları ilə əməkdaşlığını davam etdirir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol