• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ermənilərin 5 hərbçisini məhv edib, 8-ni yaralayıb

Azərbaycan ermənilərin 5 hərbçisini məhv edib, 8-ni yaralayıb
29.05.2020 07:53
Düşmənin atəşi nəticəsində Azərbaycanın 3 hərbi qulluqçusu yüngül qəlpə yarası alıb

Avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.

Erməni tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb.

Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Düşmənin atəşi nəticəsində biz tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi qulluqçulara daha yüksək ixtissaslı yardım göstərilməsi məqsədilə onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur. Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar.

"Şəxsi heyətin mənəvi-psixoloji reabilitasiyası üzrə təşkil olunan və həyata keçirilən iş nəticəsində hərbi qulluqçuların döyüş əzmi və qələbə ruhu yüksək səviyyədədir", - nazirlikdən bildirilib.

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müdafiə Nazirliyi əvvəlcədən xəbərdar edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaq.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol