• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlərin Nyu York görüşü baş tutmayacaq? - AÇIQLAMA

Prezidentlərin Nyu York görüşü baş tutmayacaq? - AÇIQLAMA
25.08.2015 09:36
Dağlıq Qarabağ məsələsi ilə bağlı problem və çətinliklər dərinləşsə də, Azərbaycan tərəfi yaranmış vəziyyətdən hər zaman istifadə etməlidir.
 
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrda gözlənilən görüşünün gündəmdə olmamasına münasibət bildirərkən politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, görüşün təşkil olunmasında aparıcı dövlətlərin mövqeyindən çox şey asılıdır:
 
 
 
"Təşkil ediləcək görüşlərin konkret gündəliyi olmalı və müəyyən fayda əldə edilməlidir. Ermənistan tərəfi  belə görüşləri hər zaman görüntü xətrinə təşkil edir. Azərbaycan aparıcı dövlətlərlə birgə iş planını gücləndirməli və hücumedici diplomatik addımlar atmalıdır. Sentyabrda Nyu Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin BMT meydançasında görüşü baş tuta bilər. Ancaq bu görüş keçirilirsə, deməli, onun konkret bir gündəliyi olmalıdır. Çünki Ermənistan tərəfinin etinasız mövqeyi sayəsində növbəti görüş də nəticəsiz qala bilər”.
 
Sözügedən məsələyə münasibət bildirən politoloq Adıgözəl Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan arasındakı mövcud münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun müəyyən fəaliyyəti müşahidə edilir:
 
"Dəfələrlə öncədən təyin edilmiş görüşlər bu və ya digər səbəblərdən, xüsusən də Ermənistan tərəfinin işğalçı mövqeyindən geri çəkilməməsi üzündən bir çox hallarda baş tutmayıb. Həmçinin Ermənistanın imitasiya xarakterli bəyanatlar toplusu ilə fəaliyyət göstərməsi artıq görüşlərin ciddiyyəti baxımından zaman-zaman gündəmə gəlir. Sualınızdakı həqiqət payı Azərbaycan-Ermənistan prezidentlərin növbəti görüşünün baş tutmayacağına dair fikirlər formalaşdırır. Görünən odur ki, Ermənistanın məsuliyyətsizliyi ucbatından artıq belə görüşlərin səmərəsizliyi və ciddi addımların atılmaması həm ictimaiyyətdə, həm də Azərbaycan siyasi rəhbərliyində görüşlərə qarşı müəyyən inamsızlıq yaradıb”.
 
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında son görüş ötən il oktyabrın 27-də Parisdə baş tutub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol