• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni teatr mövsümünə ən tez Musiqili Teatr start verəcək

Yeni teatr mövsümünə ən tez Musiqili Teatr start verəcək
25.08.2015 14:05

Ötən mövsüm bir sıra ilklərə imza atmış Azərbaycan Dövlət Musiqili Teatrı yeni – 106-cı mövsümə də bir sıra yenilik və sürprizlərlə hazırlaşır.
 
ANN.Az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr ölkədə yeni mövsümə ən tez – 10 sentyabr 2015-ci il tarixdə start verəcək. Mövsümün acılışı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq. 8-9 sentyabr 2015-ci il tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək. İclas çərçivəsində nəzərdə tutulan bədii proqramın 10 sentyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrında təşkil edilməsi nəzərdə tutulub. Məhz buna görı də mövsümün açılış günü "O olmasın, bu olsun” tamaşası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunacaq. Bu ölməz səhnə əsərini 2015-ci il 2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilən zaman toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin Maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri, Azərbaycanın adı ilə tarixə düşümüş I Avropa Oyunları münasibətilə ölkəmizə gəlmiş qonaqlar məmnunluqla izləyərək yüksək qiymətləndirmişlər. Tamaşanı izləmiş mötəbər qonaqlar dəfələrlə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə dahi  Üzeyir Hacıbəylinin ecazkar və möhtəşəm musiqisindən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.
 
 
Qeyd edək ki, "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası,  Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol